Azərbaycan Respublikasının davamlı inkişafı: Yaşıl binalar və «Ağıllı» Şəhər konsepti 2020

 

Bakıda keçiriləcək Beynəlxalq konqresin əsas mövzusu “Yaşıl şəhər” konsepti əsas götürüləcəkdir. Bu istehlak olunan enerjidən, əsasən, ekoloji təmiz və bərpa olunan mənbələrdən alınan enerjidən səmərəli istifadə yolları, tullantıların effektiv idarə olunması, ictimai nəqliyyat sisteminin atmosferə zərərli təsirinin minimuma endirilməsinin həlli yolları, su və torpaq resurslarının optimal istifadəsi vasitəsi ilə şəhərin dayanıqlı inkişaf yollarının müzakirəsini nəzərdə tutur.

Ayrıca, keçiriləcək konqresin əsas məqsədi düzxətli iqtisadiyyatın (xammal-istifadə-tullantı) dağıdıcı təsirini aradan qaldırmaq üçün tətbiq edilən dairəvi iqtisadiyyat inkişaf modelinin ekoloji aspektlərini ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bundan əlavə, Konqresdə təbii resurs ehtiyatlarının səmərəli istifadəsinə yönələcək bir elmi proqrama əsaslanan qabaqcıl texnologiyalar vasitəsilə tullantıların daha da səmərəli idarə edilməsi yolları və gələcək strategiyaları irəli sürmək nəzərdə tutulur.

Həmçinin, Konqresin məqsədi iqlim dəyişikliyi problemi, Paris razılaşmasının öhdəlikləri və enerjiəsaslı iqtisadiyyatın şaxələndirilməsi, Xəzər dənizinin çirklənməsi problemləri, ekoloji mədəniyyətin təbliğinin genişləndirilməsi üsülları haqqda məlumat irəli sürmək və cəmiyyətin diqqətini vurğulanan məsələlərə yönəltməkdir.

Konfransda iştirak edəcək spikerlər sadalanan mövzulara aid innovativ fikir və problemlərin həll yollarını təqdim edəcəklər.

Konqresin cədvəli

Konqresin hədəfləri:

  • Hökümətlər, şəhər və vətəndaş cəmiyyəti liderlərinə yaşıl binalar üçün ən yaxşı təcrübə mövzusunda fikir mübadiləsi etmək üçün bir platform təmin edilməsi
  • Həm dövlət, həm də özəl sektorları əhatə edən ağıllı siyasət, strategiya və yaradıcı proqramlar təklif edərək yaşıl bina problemləri ətrafında qərar qəbul edənlər arasında əlaqə yaradılması
  • Yaşıl bina və “ağıllı“ şəhər təcrübələrinin tətbiqinin və yeni texnologiyalar irəli sürülməsi
  • İştirakçılara bir şəbəkə təklif edilməsi və iş imkanlarını müzakirə edilməsi
  • Təmiz elektrik sistemləri ilə bağlı genişləndirilmiş mandatın icrası, məsələlərin prioritetləşdirilməsi, yerləşdirmə və maliyyələşdirmə imkanları daxilində möhkəm strategiyanın hazırlanması

    Kimlər üçün faydalı ola bilər?

  • Yeni iqtisadiyyatın – yaşıl biznes hərəkatına rəhbərlik edən qlobal və regional şirkətlər;
  • Hökumət qurumlarının əməkdaşları və yerli hökumət rəsmiləri;
  • Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri;
  • Özəl şirkətlər və sənaye əməkdaşlığında biznes birlikləri imkanlarını araşdıran şəxslər;
  • Ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər, memarlar, mühəndislər, landşaft dizaynerləri və şəhərsalma üzrə ekspertlər;
  • Təbii ehtiyatların qorunması və əməyin inkişafı ilə məşğul olan yerli QHT-n işçiləri.