Avropa İttifaqının “Erasmus+KA2 GEOCLIC – Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” layihəsi üzrə Azərbaycan, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşların ilkin görüşü keçirilib. Görüşdə Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, BEA-nın vitse-prezidenti Fərhad Əliyev və BEA-nın prezidentinin müşaviri Zöhrabbyli Nuranə iştirak ediblər.
Toplantıda Avropa tərəfdaşları ilə birgə keçiriləcək növbəti görüşə hazırlıq, təqdimatların, layihə ilə bağlı sənədlərin hazırlanması, layihənin icrası ilə bağlı ortaya çıxan və gözlənilən problemlər haqqında müzakirələr aparılıb.
Xatırladaq ki, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında əməkdaşlığa töhfə vermək, yeni texnologiyalardan istifadə edərək sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək üçün bakalavr, magistr və doktorantura səviyyələrində tədris proqramlarının modernləşdirməsini hədəfləyən layihə 2020-ci ildə qazanılıb. 2023-cü ilə qədər davam edəcək layihənin koordinatoru Əl-Fərabi Qazax Milli Universitetidir.